Putin mövzuya nöqtə qoydu - Rusiya Qarabağ müharibəsinə qarışmayacaq

Putin mövzuya nöqtə qoydu - Rusiya Qarabağ müharibəsinə qarışmayacaq
  • Dünya / Manşet

  • "Bilindiyi kimi, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir”.

    Asiya.az
    xəbər verir ki, bunu "Rossiya 24”ə açıqlamasında Rusiya prezidenti Vladimir Putin söyləyib.

    "Rusiyanın Təşkilat çərçivəsində müqavilə öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik”, - ölkə başçısı vurğulayıb.

    Putin qeyd edib ki, münaqişə tərəfləri Rusiyaya yad deyillər: "Rusiya ərazisində 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Vətəndaşlarımızın əksəriyyəti hər 2 respublika ilə dost və hətta qohumluq əlaqələri saxlayırlar. İnsanların ölümü, itkinin artması böyük faciədir"
    PAYLAŞ:

    Oxşar xəbərlər