Səfirlər niyə geri çağırıldı? - Zərdüşt Əlizadə Yunanıstan-Azərbaycan gərginliyini şərh edir

Səfirlər niyə geri çağırıldı? - Zərdüşt Əlizadə Yunanıstan-Azərbaycan gərginliyini şərh edir
  • Siyasət / Araşdırma

  • Ötən gün Yunanıstanın Azərbaycandakı səfiri Nikolas Piperiqkos məsləhətləşmələr üçün geri çağırıldı. Bu gün isə Azərbaycan Yunanıstandakı səfiri Anar Hüseynovu geri çağırıb.

    Maraqlıdır, belə məqamda səfirlərin geri çağırılması nədən xəbər verir?

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüşt Əlizadə səfirlərin geri çağırılmasının hər iki ölkənin bir-birindən narazı olduğu anlamına gəldiyini bildirib:

    Səfirlər niyə geri çağırıldı? - Zərdüşt Əlizadə Yunanıstan-Azərbaycan gərginliyini şərh edir

    "Hər iki ölkə arasında münasibətlərin olması yaxşı haldır. Lakin səfirlərin geri çağırılması bütün münasibətlərin qopması demək deyil. Çünki hər iki ölkədə səfirlər geri çağırılsa da digər işçilər, diplomatlar həmin ölkədə qalır.


    Səfirin məsləhət üçün ölkəyə çağırılmasının mənası odur ki, dövlət o biri dövlətdən narazıdır. Belə məqamda da aydın olur ki, Yunanıstan bizdən biz də Yunanıstandan narazıyıq. Yunanıstan açıq şəkildə Ermənistanı dəstəkləyir biz də açıq olaraq Türkiyəni. Bu da təbii ki, hər iki ölkə arasında olan münasibətlərə öz təsirini göstərir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər