Zəngilan RİH rəsmilərini kimsə oyatsın – Rayon azad edilib, rəsmi saytda isə...

Zəngilan RİH rəsmilərini kimsə oyatsın – Rayon azad edilib, rəsmi saytda isə...
  • Siyasət

  • Sentyabrın 27-dən, cəbhədə vəziyyət kəskinləşəndən bu yana demək olar ki, Ali Baş Komandan tərəfindən gündəlik olaraq xoş xəbərlər almaqdayıq.


    İşğaldan azad olunan ərazilərin müjdə xəbəri neçə illik həsrətin sonu olmaqla bərabər Azərbaycan xalqı üçün ən ali sevincdir. Elə bu səbəbdən də uşaqdan böyüyə hər kəs qələbə xəbərini sosial şəbəkələrdə, sosial mediada paylaşır.



    Bəs, maraqlıdır, işğaldan azad olunan rayonların İcra Hakimiyyətlərinin rəsmi saytları bu istiqamətdə aktiv fəaliyyət göstərirmi? Nə də olsa, xüsusilə həmin rayonların saytı indi daha fəal olmalıdır.


    Asiya.az xəbər verir ki, sfera.az mövzunu araşdırıb.


    İşğaldan azad olunan Qubadlı, Cəbrayıl, Füzuli şəhər icra hakmiyyəti orqanlarının rəsmi saytlarında cəbhədəki vəziyyət, qələbə xəbərləri vaxtı-vaxtında yayımlansa da nədənsə bu vəziyyəti Zəngilan Rayon İcra Hakimiyyətinin saytında müşahidə edə bilmədik.


    Sentyabrın 27-dən bu yana adıçəkilən rayonun saytında cəmi bir neçə xəbər yayımlanıb. Oktyabrın 13-dən bu yana isə ümumiyyətlə sayta xəbər yerləşdirilməyib.




    Görünür, Rayon İcra Hakimiyyətinə xəbər vermək lazımdır ki, artıq oktyabrın 20-i Prezident Zəngilanın işğaldan azad edilməsi xəbərini xalqa çatdırıb. İndi yatmaq vaxtı deyil...
    PAYLAŞ:

    Oxşar xəbərlər