Hikmət Hacıyev: “Tərtərə gedirik, atırlarsa, atsınlar”-Video

Hikmət Hacıyev: “Tərtərə gedirik, atırlarsa, atsınlar”-Video
  • Siyasət / Asiya TV

  • “Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar”.

    Asiya.az
    xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib.

    O bildirib ki, düşmən döyüş meydanından qaçır:

    “Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”.

    H.Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir: "Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?

    Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar".

    "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"

    “Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqrımını törədənlərin cavabını verir”.


    Bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, artıq qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb: “Digərləri də öz payını alacaqlar”

    PAYLAŞ:

    Oxşar xəbərlər