Azərbaycanda koronavirusa yoluxanların sayı 2 mini keçdi 20 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 mini keçdi  20 nəfər vəfat edib
  • Olay

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir.

    Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər