“Azərbaycanlılarla birgə yaşamağa hazıram”- Laçında məskunlaşan erməni

“Azərbaycanlılarla birgə yaşamağa hazıram”- Laçında məskunlaşan erməni
  • Sosial

  • Laçında məskunlaşan erməni azərbaycanlılarla birgə yaşamağa hazır olduğunu deyib.

    Asiya.az
    "armenia sputnikə istinadən xəbər verir ki, 90-c illərin əvvəlində Laçının kəndlərindən birində məskunlaşan erməni Gegan Harutyunyan azərbaycanlılar Laçına yerləşəcəyi təqdirdə də, buranı tərk etməyəcəyini və birgə yaşamağa davam edəcəyini bildirib.

    G. Harutyunyanın sözlərinə görə, 1991-ci ildə Laçına köçüb. İndi də oranı tərk etmək niyyətində deyil. "İkinci dəfə hara gedim? Yox. İstəmirəm, getməyəcəm. Ruslar qalsalar, qalacağıq. Getsələr də, qalacağam. Azərbaycanlılarla birgə yaşamağa cəhd göstərəcəyəm. Niyə də ki, yox. Birgə yaşamağa çalışacağıq. Başqa çarə yoxdur", - G.Harutyunyan deyib.

    “Azərbaycanlılarla birgə yaşamağa hazıram”- Laçında məskunlaşan erməni
    PAYLAŞ:

    Oxşar xəbərlər