Qəzaya düşən Milli Qəhrəman vəfat etdi - VİDEO

Qəzaya düşən Milli Qəhrəman vəfat etdi - VİDEO
  • Manşet / Olay / Asiya TV

  • Bir neçə gün əvvəl qəzaya düşən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.

    Asiya.az
    xəbər verir ki, bu barədə xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.

    Qeyd edək ki, M.Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşmüşdü. O, Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağır idi, süni tənəffüs aparatına qoşulmuşdu.


    Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib. Daha sonra isə 019 saylı (ləğv edilib-red.) hərbi hissənin komandiri olub. M.Həsənov vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktoru olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər