Həftə sonları fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Həftə sonları fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
  • Sosial / Araşdırma

  • Azərbaycanda xüsusi karantin rejimi dövründə 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həftə sonlarında da fəaliyyətinə icazə verilən sahələr məlum olub.

    Asiya.az
    -ın məlumatına görə, bu, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

    Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

    - hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

    - fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları (qurumları);

    - səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

    - kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı xidmətləri;

    - fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

    - apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

    - kütləvi informasiya vasitələri;

    - mühafizə xidmətləri.
    PAYLAŞ:

    Oxşar xəbərlər