Qənirə Paşayeva son 200-dən çox vətəndaşın qayğılarını dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib

Qənirə Paşayeva son 200-dən çox vətəndaşın qayğılarını dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə 200-dən çox vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.

    Asiya.az
    xəbər verir ki, illət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə 200 nəfər vətəndaşımızı online qəbul edərək görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.

    Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər