Asiya.az "Goal" nəşrinə istinadən xəbər verir ki, belə bir təkliflə Fransanın "Marsel" komandasının baş məşqçisi Andre Villaş-Boaş çıxış edib.
43 yaşlı mütəxəssis bildirib ki, bu, Maradonaya veriləcək ən yüksək şərəf olardı: "Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.