ABŞ-da ən çox silsilə qətllər törətmiş şəxs ölüb

ABŞ-da ən çox silsilə qətllər törətmiş şəxs ölüb
  • Dünya / Hadisə

  • ABŞ tarixində ən çox silsilə qətllər törətməsi ilə tanınan qatı cinayətkar Samuel Littl çərşənbə günü Kaliforniyada 80 yaşında ölüb.

    Asiya.az
    xəbər verir ki, bu barədə “Associated Press” agentliyi cəzaların icrası məsələləri üzrə idarənin nümayəndələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, Littl şəkərli diabet xəstəsi olub, onun ürək problemləri də var idi. Bununla belə, onun ölümünün dəqiq səbəbi araşdırılır.

    S.Littl ömürlük həbs cəzasına məhkum edilmişdi. Onun törətdiyi qətllərdən təxminən 60-ı rəsmi olaraq öz təsdiqini tapıb. Özü isə 93 nəfəri qətlə yetirdiyini etiraf etmişdi. Littl uzun müddət bu cinayətləri törətdiyini inkar etsə də, 2018-ci ildə onları etiraf etməli olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər