Şəhid Sənan Seyfullayev Masallıda dəfn edildi – VİDEO/FOTOLAR

  • Araşdırma, Cəmiyyət, Hərb

  • Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Sənan Seyfullayev Masallıda dəfn edilib.

    Asiya.az
    xəbər verir ki, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Sənan Mətləb oğlu Seyfullayevin nəşi bu gün Masallı rayonuna aparılıb. Şəhid doğulduğu rayonun Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

    Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkili Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, qazilər və rayon ictimaiyyəti iştirak edib.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin məktəbli qardaşı Uruf Seyfullayevə təhvil verib.

    Qeyd edək ki, Sənan Mətləb oğlu Seyfullayev 27 avqust 1998-ci il də Masallı rayonu Ərkivan qəsəbəsində anadan olub.

    Vətən Müharibəsinin ilk günlərində digər qəhraman oğullarımız kimi Sənan da vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanmışdı.
    O, Cəbrayıl, Füzuli rayonlarının azad edilməsində böyük şücaət göstərib.

    30 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. 71 gün itkin kimi axtarılan Sənan, 10 yanvar 2020-ci il tarixində şəhid olaraq tapılıb.
    Allah rəhmət eləsin!

    PAYLAŞ:

    Oxşar xəbərlər