Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək

Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək
  • Siyasət / Araşdırma

  • Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis ediləcək.

    Asiya.az
    -ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər