Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif olunduğu gün infarkt keçirdi

Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif olunduğu gün infarkt keçirdi
  • Mədəniyyət

  • Prezident İlham Əliyev Eldar Quliyevin "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev "İstiqlal” ordeni ilə təltif edilsin.

    Asiya.az-ın əldə etdiyi digər məlumata görə Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev bu gün infarkt keçirib.

    Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:

    "Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər".

    Qeyd edək ki, Eldar Quliyev 18 yanvar 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.


    PAYLAŞ:

    Oxşar xəbərlər