Asiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
"Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar", - deyə dövlət başçısı əlavə edib.