“Peugeot” loqosunu yeniləyib

“Peugeot” loqosunu yeniləyib
  • Maraqlı

  • Fransız avtomobil markası olan “Peugeot” arxa ayaqları üstə dayanan aslan əks edilmiş müasir versiyasından ciddi şəkildə fərqlənəcək yeni loqosunu təqdim edib.

    Asiya.az
    TASS-a istinadən xəbər verir ki, şirkət yeni istehsal edəcəyi avtomobillərindəki loqoda aslan başı və “Peugeot” yazısı ilə üçbucaqlı qalxan əks ediləcək.

    2021-ci ildə buraxılması planlaşdırılan yeni nəsil “308 hatchback” yeni simvollara sahib ilk model olacaq.

    Qeyd edək ki, yenilik şirkətin 19-cu əsrə aid loqosunun 11-ci versiyası kimi xarakterizə edilib. Son dəfə şirkət tərəfindən oxşar görüntü 1960-cı illərin əvvəllərində istifadə edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər