Millət vəkili hərbi yönümlü QHT rəhbəri ilə görüşdü - FOTO

Millət vəkili hərbi yönümlü QHT rəhbəri ilə görüşdü - FOTO
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup hərbi yönümlü QHT rəhbəri ilə görüşüb.

    Asiya.az
    xəbər verirki, millət vəkili Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Biriyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına inkişaf fondunun sədri Ədalət Məhərrəmov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu ilə görüşdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

    Komitə sədri hərbi yönümlü QHT-lərin Vətən Müharibəsi vaxtı və sonrakı dövrdə təqdirəlayiq fəaliyyətini minnətdarlıqla qeyd edərək təşkilat rəhbərlərinə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

    Hərbi yönümlü QHT rəhbərləri də öz növbələrində Q.Paşayevaya öz təşkilatları adından fəxri fərman və plaketlər təqdim ediblər.

    Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova da iştirak edib və ürək sözlərini bölüşüblər.
    Millət vəkili hərbi yönümlü QHT rəhbəri ilə görüşdü - FOTO
    Millət vəkili hərbi yönümlü QHT rəhbəri ilə görüşdü - FOTO
    Millət vəkili hərbi yönümlü QHT rəhbəri ilə görüşdü - FOTO
    Millət vəkili hərbi yönümlü QHT rəhbəri ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər