Avropada həftənin ən yaxşı qapıçısı məlum oldu

Avropada həftənin ən yaxşı qapıçısı məlum oldu
  • İdman

  • "FedEx" şirkəti DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun ən yaxşı 3 futbolçusunu seçib.

    Asiya.az
    xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev həftənin ən yaxşılarından olub.

    26 yaşlı qolkiper Portuqaliya ilə matçda (0:1) 14 qurtarış etməklə 3-cü olub.

    Birinci pillədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz, ikinci yerdə isə Çexiya millisindən Tomas Suçekdir. Yılmaz Niderlandla qarşılaşmada (4:2), Suçek isə Estoniya ilə matçda het-trik edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər