"Daşkəsəndə heç bir korrupsiya əməliyyatı keçirilməyib və Əhəd Abıyev hazırda iş başındadır" - Daşkəsən RİH

"Daşkəsəndə heç bir korrupsiya əməliyyatı keçirilməyib və Əhəd Abıyev hazırda iş başındadır" - Daşkəsən RİH
  • Siyasət

  • Bir sıra xəbər saytlarında “Daşkəsəndə DTX həbslərə başladı: İcra başçısı həbs ediləcəyi xəbərini eşidib rayondan qaçdı” başlıqlı yazılar dərc edilib.

    Daşkəsən Rayon İcra Hakimiyyətindən Asiya.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilmir və Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev hazırda iş başındadır. Yayılan məlumatlar qərəzli, uydurma, şayiə və yalandır.

    "Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin sabiq müdiri Şahbaz Mehdiyev 2007-ci ildə apardıqları torpaq sənədləşdirilməsinə dair Gəncə şəhər sakini Ələkbərov Rəşad Sədrəddin oğlunun şikayəti əsasında saxlanılıblar və hazırda həmin məsələ Gəncə şəhərində məhkəmədə baxılır.

    Bildiririk ki, 2007-ci ildə olmuş həmin məsələnin Əhəd Abıyevlə heç bir bağlılığı və aidiyyəti yoxdur, belə ki, 2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub."
    PAYLAŞ:

    Oxşar xəbərlər