Meksikada adamyeyən silsilə qatil həbs olunub

Meksikada adamyeyən silsilə qatil həbs olunub
  • Hadisə

  • Meksika polisi 72 yaşlı silsilə qatili həbs edib.

    "El Pais” nəşrinin məlumatına görə, o, son 20 il ərzində 30 nəfəri öldürdüyünü etiraf edib.

    Polis onun evini mayın 13-də itkin düşən 34 yaşlı Reyna Rodriqesin ölümü faktını araşdırarkən aşkar edib. Evdə aparılan axtarışlar zamanı çox sayda insan cəsədlərinin qalıqları üzə çıxıb. Cinayətkarın öz qurbanlarının ətini yediyi məlum olub.

    Həmçinin, manyak öz qurbanlarının qətlinin audioyazılarını da qeyd edib. Onun cinayətlərinin sayı DNT analizlərindən sonra dəqiqləşəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər