Bu gün Bakıda marşrut avtobusları işləməyəcək

Bu gün Bakıda marşrut avtobusları işləməyəcək
  • Sosial / Manşet

  • Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

    Asiya.az
    -ın məlumatına görə, 20 iyun - bazar günü isə Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişin daşımaları adi rejimdə yerinə yetiriləcək.

    Həmin gün futbol üzrə Avropa çempionatının Bakıda növbəti oyunu keçiriləcək. A qrupunda Türkiyə yığması İsveçrə millisi ilə qarşılaşacaq. Bununla əlaqədar müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları bazar günü adi rejimdə işləyəcək.

    Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu – iyunun 19-u və 20-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər