“Beta” şirkəti Lənkəranda meşə massivini məhv edir - FOTOLAR

“Beta” şirkəti Lənkəranda meşə massivini məhv edir - FOTOLAR
  • Sosial / Araşdırma

  • Lənkəran rayonun Haftoni kəndi ərazisində yerləşən meşə massivi kütləvi şəkildə məhv edilir.

    Asiya.az
    xəbər verir ki, kəndin yaxınlığında yerləşən meşəlikdə ağacların kütləvi şəkildə qırılması prosesinə start verilib.

    Belə ki, əraziyə cəlb olunan ağır texnika ilə məhv edilən meşəliyin yerində “Beta” şirkətinin çay plantasiyasının salınması nəzərdə tutulur.

    Maraqlı məqamlardan biri də odur ki, belə kütləvi məhvetmə prosesinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi susmaqla cavab verir. Yerli sakinlər isə etiraz etsələr də, onlara məhəl qoyan yoxdur. Onlar bildirirlər ki, baş verən hadisə əsl eko-qətliamdır və bunun qarşısı təcili alınmalıdır. Sakinlər deyirlər ki, məsələ təcili ictimailəşməlidir, əks təqdirdə, meşələrin məhv edilməsinin qarşısını almaq mümkün olmayacaq.//Jamaz.info
    “Beta” şirkəti Lənkəranda meşə massivini məhv edir - FOTOLAR
    “Beta” şirkəti Lənkəranda meşə massivini məhv edir - FOTOLAR
    “Beta” şirkəti Lənkəranda meşə massivini məhv edir - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər