Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib

Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib
  • Siyasət / Manşet

  • Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.

    Asiya.az
    -ın xəbərinə görə, həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər.

    Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı:

    1. Almaniya Federativ Respublikası;

    2. Avstriya Respublikası;

    3. Belcika Krallığı;

    4. Çexiya Respublikası;

    5. Danimarka Krallığı;

    6. İrlandiya Respublikası;

    7. İspaniya Krallığı;

    8. İsveç Krallığı;

    9. İsvecrə Konfederasiyası;

    10. Kanada;

    11. Luksemburq Böyük Hersoqluğu;

    12. Malta Respublikası;

    13. Niderland Krallığı;

    14. Polşa Respublikası;

    15. Portuqaliya Respublikası;

    16. Serbiya Respublikası;

    17. Sinqapur Respublikası;

    18. Slovakiya Respublikası;

    19. Sloveniya Respublikası;

    20. Yunanıstan Respublikası. (Report)
    PAYLAŞ:

    Oxşar xəbərlər