Azərbaycanda kriminal avtoritet həbs olundu - VİDEO

Azərbaycanda kriminal avtoritet həbs olundu - VİDEO
  • Manşet / Hadisə

  • Qax rayon Polis Şöbəsindən Asiya TV-yə verilən məlumata görə, Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin götürülüb.

    O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
    Xatırladaq ki, Nəriman Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi. Sonradan qardaşı cinayəti öz üzərinə götürdüyü üçün “Diska Nəriman” həbsdən azad edilmişdi.

    Qeyd edək ki, “Diska Nəriman” əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.
    Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

    PAYLAŞ:

    Oxşar xəbərlər