Gəncədə ər hamilə arvadını döyərək ona xəsarət yetirdi - VİDEO

Gəncədə ər hamilə arvadını döyərək ona xəsarət yetirdi - VİDEO
  • Manşet / Olay

  • Gəncə şəhərində ər hamilə arvadını döyərək ona xəsarət yetirib.

    Asiya TV
    xəbər verir ki, Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü Türkan Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

    Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Muraz İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər