“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava

“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

Asiya.az Report-a istinadla xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Oxşar xəbərlər