Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR

Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
  • Kriminal

  • Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyunun 24-də saat 23:30 radələrində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılmasını təmin edib.

    Asiya.az xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, həmin tarixdə Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş "Wolks­wagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.

    Belə ki, həmin şəxs­lərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomo­bildən düşərək aralanması və əlində do­lu kisə ilə qayıtması şübhə doğur­ub.

    Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılmış, avtomobilə qoyu­lan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cüm­lə­dən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləş­di­rilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Məm­məd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.

    Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


    Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
    Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
    Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
    Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
    Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
    Lənkəranda toy üçün bəzədilmiş maşından bir kisə narkotik çıxdı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər