Öldürülən süpürgəçi ilə bağlı şok təfərrüat: “O qədər kasıb idi ki...”- Yenilənib

Öldürülən süpürgəçi ilə bağlı şok təfərrüat: “O qədər kasıb idi ki...”- Yenilənib
  • Olay

  • Bakıda avtomobilin vuraraq öldürdüyü süpürgəçi ilə bağlı təfərrüatlar məlum olub.

    Yenicag.az-ın əldə etdiyi məlumata görə, Telli Babayeva Yasamal rayon 22 saylı mənzil-kommunal istismar sahəsinin işçisi olub. Səhər küçəni süpürərkən arxadan gələn maşın onu vurub.

    Sözügedən qurumdan saytımıza bildirilib ki, qadın artıq dəfn olunub:

    “Telli Babayeva səhər saatlarında küçəni süpürərkən, arxadan gələn maşın onu vurub. Elə yerindəcə canını tapşırıb. 60 yaşı vardı. Həyat yoldaşı rəhmətə gedib. Övladı da yox idi. Onu bacısı oğlu və doğmaları dəfn edib. Həddən artıq imkansız qadın idi, tək yaşayırdı. O qədər kasıb idi ki, heç bilmirik, yas mərasimi olacaq, ya yox. Bacısı oğluna zəng etdik ki, yas mərasiminə gedək, o, bizimlə sərt danışdı”.

    ***

    Bakıda süpürgəçini maşın vuraraq öldürüb.

    Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.

    Yasamal RPİ tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər