Bakıda Qurban ətini hardan almalı? - ÜNVANLAR

Bakıda Qurban ətini hardan almalı? - ÜNVANLAR
  • Sosial

  • Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ünvanlar açıqlanıb.

    Asiya.az xəbər verir ki, Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir.

    Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

    Səbail rayonu:

    - Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma İdarəsinin arxası)
    - 20-ci sahə (Badamdar şosesi)

    Xətai rayonu

    - Zığ yolu ("Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
    - Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi

    Binəqədi rayonu

    - Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer)
    - Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə, 15 (heyvan bazarının yanı)
    - Cəfər Xəndan küçəsi, 54 ("Ət pavilyonu")
    - Şərifzadə küçəsi, 196

    Yasamal rayonu

    - Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi, 7
    - M.Xiyabani küçəsi, 10c
    - Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)

    Qaradağ rayonu

    - "Aqrovest" MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
    - "Qoç-ət" MMC, Lökbatan qəsəbəsi

    Nizami rayonu

    - M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi
    - "Azər-Aqro" MMC, Yeni Bakı Neftayırma Zavodu dairəsi
    - Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)

    Nərimanov rayonu

    - Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)
    - Əlyar Əliyev küçəsi, 36a ("Təbriz" KM, Keşlə bazarı)

    Suraxanı rayonu

    - Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)
    - Yeni Günəşli, V massiv ("Günəş" Ticarət Mərkəzi)

    Xəzər rayonu

    - Qala qəsəbəsi, dəmiryol stansiyası ("Lambir” müəssisənin arxası)
    - Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC

    Abşeron rayonu

    - "Səhliyalı" MMC, Xırdalan şəhəri, Quşçuluq massivi

    Sabunçu rayonu
    - Zabrat yolu, "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə
    - Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi
    - Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)
    - Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 72
    - Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi, 107
    - Sabunçu qəsəbəsi, Şəhər şosesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)
    - Ramana qəsəbəsi, Şuşa küçəsi
    - Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
    - Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC
    - Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 6
    PAYLAŞ:

    Oxşar xəbərlər