İran bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoydu

İran bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoydu İran Azərbaycanla gömrük keçid məntəqələrində bəzi ərzaq məhsullarının ölkədən çıxarılmasına qadağa qoyub.

EkoNews xəbər verir ki, İran milli valyutasının kəskin ucuzlaşmasından sonra ölkədən yağ, düyü, çay və s. kimi ərzaq məhsullarının çıxarılması qadağan edilib.

İrandan Azərbaycana müxtəlif qida məhsulları gətirərək satan insanlar bunu Azərbaycan tərəfinin etdiyini düşünürlər. Səbəb kimi isə Azərbaycanda həmin məhsulların satışının İrandan böyük fərqlə baha olmasını göstərirlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov EkoNews-a bu haqda danışıb. O, bildirib ki, qanunvericiliyə görə Azərbaycan ərazisinə ay ərzində 30 kq-dan artıq olmayaraq qarışıq ərzaq məhsullarının gətirilməsi mümkündür.

Oxşar xəbərlər