Bakıda güclü partlayış: ölənlər var

Bakıda güclü partlayış: ölənlər var
  • Manşet / Olay

  • Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli iki otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb.

    Asiya.az xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları hazırda hadisə yerindədir. İlkin məlumata görə, Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq həlak olub.

    Qonşular bildirib ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub: Evin yiyəsi Aydın Məmmədov "Hacı" idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb".

    Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub.

    Partlayışın baş verdiyi evdən fotoları təqdim edirik:


    Bakıda güclü partlayış: ölənlər var
    Bakıda güclü partlayış: ölənlər var
    Bakıda güclü partlayış: ölənlər var
    Bakıda güclü partlayış: ölənlər var
    Bakıda güclü partlayış: ölənlər var
    Bakıda güclü partlayış: ölənlər var
    Bakıda güclü partlayış: ölənlər var
    PAYLAŞ:

    Oxşar xəbərlər