İcra başçısının "biznesmen" müavini

İcra başçısının Sosial mediada Füzuli rayon icra başçısının I müavini Bağır Aslanovun dövlət büdcəsindən rayonda abadlıq-quruculuq işlərinin aparılmasına, yolların çəkilməsinə, melorasiya tədbirlərinin görülməsi üçün ayrılan külli miqdarda vəsaiti mənimsədiyi iddia olunur.

Asiya.az xəbər verir ki, iddiaya görə, vəzifəsindən istifadə edərək varlanan B.Aslanovun rayonda yerləşən “Elmin” şadlıq sarayı, “Mandarin” supermarketi, “Baytarlıq” apteki, yem mağazası, “Qaraquzey” restoranı, eyniadlı oteli və yanacaqdoldurma məntəqəsi var.

Xəbərdə onun Bakı şəhərində 9-cu mikrorayonda 5 mənzili olduğu qeyd olunub.

İddiaya görə Bağır Aslanov qardaşı oğlu Elvin Aslanovun adına 1000 hektar torpaq sahəsi götürüb buğda əkir. Burada da o, maxinasiya ilə məşğul olmaqda ittiham edilib. O, 2017-ci ilin payızında əkdiyi 985 hektar buğda sahəsinə 2018-ci ilin aprel ayının 4-də qeydiyyat №-si 283 olan guya toxumçuluq təsərrüfatı yaradıb. O, qardaşı oğlu Elvin Aslanovun adına 2018-ci ildə rayonun Kürdmahmudlu kənd sakini kimi 88650.00 manat buğda əkini üçün və rayonun Bala Bəhmənli kənd sakini kimi isə 58800.00 manat buğda toxumu istehsalı adı ilə dövlətdən subsidiyalar alıb.
Adı çəkilən şəxslərin mövqeyin işıqlandırmağa hazırıq

Oxşar xəbərlər