Qənirə Paşayeva AŞPA-da erməni deputatı üzr istəməyə çağırıb

Qənirə Paşayeva AŞPA-da erməni deputatı üzr istəməyə çağırıb “Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın çıxışında Azərbaycan haqqında yanlış məlumatlar verməsi təəssüf doğurur.
Halbuki Xocalı soyqırımını törədən, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq həmin insanlardan üzr istəməliydi”.

Asiya.az “Report”-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yaz sessiyası çərçivəsində müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, Avropada irqi ayrıseçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, təşviq və bəraət verən ifadələrdən istifadə, dözümsüzlük artmaqdadır: “Bu, eyni zamanda Avropada İslamafobiyanın artması hamımızı ciddi narahat etməlidir. Qətnamə layihəsinə İslamafobiyanın da rasizm, nifrət, antisemitizm sözündən sonra əlavə edilməsi vacibdir. Biz bu kimi hallara biganə qalmamalıyıq və qarşısının alınması üçün ümumi səylərimizi gücləndirməliyik”.

Oxşar xəbərlər