Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTOLAR

Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTOLAR Növbəti səyyar qəbul aprelin 24-də rayonun ucqar dağlıq ərazisində yerləşən Zinzahal kəndində keçirilib.

Asiya.az xəbər verir ki, görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev keçirilən səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edib.
Belə görüşlərin ölkə Prezidenti çox hörmətli cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını deyib.

Əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev ötən dövr ərzində rayonun Zinzahal kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.
Sakinlər kəndə təbii qaz xəttinin çəkilişinə, kənd tam orta məktəbinin yolunun cari təmirinə, işlə təmin olunmağa və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTOLAR
Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTOLAR
Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTOLAR

Oxşar xəbərlər