Gecə Bakıda qan töküldü

Gecə Bakıda qan töküldü
  • Hadisə

  • Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Asiya.Az Oxu.az-a istinadən xəbər verir ki, 43 yaşlı Gəray Ağayev Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılıb. Bud və qol nahiyəsindən iki bıçaq xəsarəti alan Gəray Ağayev əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər