“Arsenal” və “Çelsi” klublarının rəsmiləri Bakıya gəlib

“Arsenal” və “Çelsi” klublarının rəsmiləri Bakıya gəlib UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici oyununa hazırlıq çərçivəsində finalçı komandaların – İngiltərənin “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Asiya.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq.

Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər