ERMƏNİSTAN DÜNYANIN “ƏN QƏZƏBLİ ÖLKƏ”Sİ ELAN OLUNDU

ERMƏNİSTAN DÜNYANIN “ƏN QƏZƏBLİ ÖLKƏ”Sİ ELAN OLUNDU İctimai rəyin öyrənilməsi üzrə “Gellap” beynəlxalq institutunun “Kürəsəl həyəcanlar-2019” araşdırmalarına görə, – bu çərçivədə bütün dünyada kin və kədərin səviyyəsi öyrənilir – Ermənistanın Qafqaz qonşuları – görünür, Gürcüstan və Azərbaycan daha müsbət əhvali-ruhiyyədə olur.

Asiya.az xəbər verir ki, Ermənistanda sorğulananların tam 45%-i deyib ki, ötən günə görə qəzəb hiss ediblər və bu da dünyada ən yüksək göstəricidir.

Bu pay qonşu Gürcüstanda 27% olub, varlı Azərbaycan isə Qafqazda ən sakit ölkə çıxıb – orada sorğulananların yalnız 18%-i bildirib ki, son zamanlar qəzəbləniblər.

Qonşuluqda yerləşən İraq və İran kürəsəl qəzəb reytinqində uyğun olaraq ikinci (44%) və üçüncü (43%) yerdə qərarlaşaraq, Ermənistana bənzər qəzəb səviyyəsi sərgiləyib.

Sorğunun nəticələri üzrə məruzədə Ermənistanda qıraqdakı adamlara qəribə görünə bilən bu qədər yüksək acığın səbəbləri haqda hər hansı izahat təklif olunmur. Ermənistan beynəlxalq KİV-lərin başlıq və ekranlarında son dəfə görünərkən orada adamlar ölkənin başında uzun müddət duran mənfur lider Serj Sərksyanın devrilməsini bayram edərək sevinir, oynayır və kabab bişirirdilər. Yeri gəlmişkən, Sərksyanın özü də onu devirmiş adam – yeni baş nazir Nikol Paşinyan kimi bəzən oynamaq həvəsində olub.

Ermənistan inqilabdan sonra Qafqazda ən dinamik dövlət olub. Onunla tutuşduranda Gürcüstan ətalətə yuvarlanıb, Azərbaycan isə artıq xeyli il iqtisadi və siyasi durğunluqdadır.

Erməni musiqiçisinin həlimcəsinə yoluxan Qafqazda milli xarakterin özəlliklərini sinkopik təsvir edən bir çıxışında Ermənistan Gürcüstan və Azərbaycandan daha duyğusal ölkə kimi təsvir olunur.

Bu arada, “Gellap”ın araşdırmasına görə, Ermənistanda stress səviyyəsi sovetsonrası məkanda ən aşağı olmasa da, olduqca aşağıdır. Ən çox stressə düşən ölkə bölgənin ən qeyri-azad ölkəsi “tac”ını da qoyan Türkmənistandır, belə ki, ola bilsin, burada sakinlərin, sadəcə, başqa seçimi yoxdur.

Dünyada ən yüksək stress səviyyəsi Yunanıstanda müşahidə olunur və kimsə ermənilərin kinliliyində və yunanların stresində onların arasında yerləşmiş, bu iki dövlətlə fikir ayrılıqları olan Türkiyəni yarızarafat ittiham edir. Yeri gəlmişkən, “Gellap”ın araşdırıcıları müəyyən ediblər ki, Türkiyə əhalisi də xeyli stress yaşayır.

İki düşmənin – Azərbaycan və Türkiyənin arasına sıxılmış Ermənistanın durumunda yaxşı şey azdır, amma görünür, erməniləri geopolitikadan savayı yetərincə dincəlməmək də tarazlqıdan çıxarır. “Gellap”a görə, ölkə dünyanın ən yorulmuş dövlətləri üçlüyündədir. Ermənistan sovetsonrası məkanda habelə ən təşvişli və əsəbi ölkədir. Bölgədə ən dərdsiz adamlar isə, görünür, Mərkəzi Asiya sakinləridir.

Yeri gəlmişkən, dünyada ən sakit ölkə də Estoniya – keçmiş sovet respublikasıdır. Bu, Rusiyada dəbdə olan, estonların soyuqqanlı və donuq adamlar kimi göründüyü zarafatların təzələnməsinə bəhanə verə bilər (məsələn, yalnız estonlar saatlarla zooparkda vaxt keçirərək tənbəl heyvanların qəfəsli meydançada necə oynaqlaşdığını seyr edə bilərlər), amma Estoniya bu halda ən sonda güləcək, belə ki, o, keçmiş SSRİ dövlətləri içində ən varlı (adambaşına hesabla) və ən demokratik ölkədir, hər iki göstərici üzrə Rusiyanı xeyli qabaqlayır.

Kimlərsə sorğunun nəticələrini şübhə altına alaraq iddia edirlər ki, bəzi millətlərin təmsilçiləri öz hissləri barədə daha açıq danışırlar, “kin” sözünün isə müxtəlif dillərdə fərqli çalarları ola bilər. Məsələn, “Necə yaşayırsınız?” sualı ingiliscədə adamların avtomatik “Əla”, ya da “Yaxşı” cavablandırdığı adi salamlşama qaydasıdır. Halbuki bu, Qafqazda adamların ailə, iş və problemləri haqda düzgün cavab verə biləcəyi səmimi sualdır.

Erməni iqtisadçısı Hrant Mikaelyan özünün analitik məqaləsində əvvəlki araşdırmaların nəticələrinə cavab tapmağa çalışıb. “Gellap”ın özəlliklə 2017-ci ildə keçirdiyi sorğu çərçivəsində müəyyən olunub ki, Ermənistan dünyanın vətəndaşları daha çox ölkədən getməyə can atdıqları ölkələr onluğunda olub, halbuki Ermənistanla qonşu ölkələrdə vətəndaşlar xeyli az qərarsızlıq göstəriblər. 2013-cü ildə keçirilmiş sorğunun nəticələrinə görə, ermənilər SSRİ-yə görə başqa sovetsonrası ölkələrin vətəndaşlarından çox həsrət çəkirlər: ölkə sakinlərinin 66%-i deyib ki, İttifaqın dağılması xeyirdən çox ziyan gətitrib. Azərbaycan və Gürcüstanda sorğulananlar daha çox “xeyir”ə, amma cüzi azlıqla meylləniblər.

Mikaelyanın fikrincə, ermənilərin narazılığı habelə ölkədəki əlverişsiz iqtisadi duruma (Qafqazda və sovetsonrası məkanda ən aşağı ÜDM göstəricilərindən biri Ermənistandadır) və bəxtsizliyin subyektiv duyumuna (yəni arzu edilən yaşayış səviyyəsi ilə gerçəklik arasındakı fərqə) bağlıdır.

İstər həyatdan subyektiv narazılıq, istər siyasi qarışıqlıq, ya da iqtisadi problemlər olsun, hər şey hansısa faktlar yığını ilə izah olunsa da, Ermənistanın yeni inqilabi hökuməti bu qəzəbin bayıra dartınmağını isrəmirsə, onu qarşıda çox iş gözləyir.

Oxşar xəbərlər