Bakıda təcili yardım həkimi görün xəstənin üstünə necə gəldi -şok görüntü

Bakıda təcili yardım həkimi görün xəstənin üstünə necə gəldi -şok görüntü
  • Sosial / Asiya TV

  • Bakıda xəstəyə çağrılan təcili yardım həkiminin daha bir biabırçı videosu yayılıb.

    Asiya.az Oxu24.com-a daxil olan məlumata əsasən xəbər verir ki, Ələt qəsəbəsində yıxılaraq xısarət alan qadının üstünə həkim çağrılıb. Xəstənin yaxınlarının verdiyi məlumata görə, Əfendiyev adına 2 saylı xəstəxananın həkimi Elmar Əliyev yıxılaraq travma almış xəstəyə ard-arda iynələr vurub. Xəstə yaxınlarının sözlərinə görə, çağrışa gələn həkimə xəstəyə hansı iynələrin vurlduğunu soruşduqda həkim cavab verməkdə çətinlik çəkib. Məlum olub ki, həkimin qeydiyyat üçün resepti də yoxdur.



    Xəstə yaxınlarının iddiasına görə, həkim özündə olmayıb. Onlar təcili yardım həkiminin sərxoş olduğunu və bu səbəbdən də sözlərinə nizamsızlıq olduğunu güman ediblər. Videodan da görünür ki, həkimin geyimi səliqəsiz, danışığı isə bir qədər nizamsızdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər