Marko Rossi: “Azərbaycan və Uelslə oyunlardan minimum 4 xal qazanmalıyıq”

Marko Rossi: “Azərbaycan və Uelslə oyunlardan minimum 4 xal qazanmalıyıq”
  • İdman

  • “Azərbaycan və Uelslə oyunlarda 6 xal toplayacağımıza təminat verə bilmərəm”.

    Asiya.az-ın məlumatına görə, bunu futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi deyib.

    İtaliyalı mütəxəssis AVRO-2020-nin Azərbaycan və Uelslə iyunda keçiriləcək matçları barədə fikirlərini açıqlayıb. O, Macarıstan mətbuatına müsahibədə Bakı səfəri barədə danışıb: “Mən hər iki görüşdə qalib gəlmək üçün mümkün olan hər şeyi edəcəyimizə söz verirəm. Bu oyunlarda hər şey ola bilər. Əvvəllər də Bakıda olan Macarıstan millisindən fərqli mən bu şəhərə ilk dəfə gedəcəyəm. Qələbə ilə səfərin unudulmaz olmasını istəyirəm. Amma hava şəraiti, temperatur və rütubətin yüksək olması işimizi çətinləşdirir. Azərbaycanlılar buna öyrəşiblər. Ona görə də iki gün öncədən Bakıya gedəcəyimizə, uyğunlaşmağa vaxtımızın olacağına sevinirəm”.

    M.Rossi qələbə üçün komandasına lazım olan komponentləri də açıqlayıb: “Qələbə üçün bizə inam, intizam, təşkilatlanmış oyun və iki qol lazımdır. Biz matçın əvvəlindən sonunadək mübarizə aparmalıyıq. Biz həm Azərbaycan, həm Uelslə görüşə yaxşı hazırlaşmışıq. Final mərhələsinə yüksəlmək istəyiriksə, bu iki görüşdə minimum 4 xal qazanmalıyıq. Xorvatiya üzərində qələbədən sonra ən vacib oyunun Azərbaycana qarşı olacağını demişdim. Bu iki matçdan sonra da növbəti qarşılaşmanı ən vacib sayacağam. Mən gələn il final mərhələsində olmaq istəyirəm”.

    Qeyd edək ki, Macarıstan yığması iyunun 8-də Bakıda Azərbaycan, üç gün sonra Budapeştdə Uelslə qarşılaşacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər