Trampın qızı London səfəri üçün qarderobuna 16 min funt-sterlinq xərclədi

Trampın qızı London səfəri üçün qarderobuna 16 min funt-sterlinq xərclədi
  • Maraqlı

  • Onun məqsədi sırf ögey anasını kölgədə qoymaq olub
    Asiya.az məlumat verir ki, Amerika prezidenti Donald Trampın Böyük Britaniya səfəri fərqli müzakirələrə səbəb olub. Siyasi mövzular bir yana, səfərdə Trampın qızı İvanka ilə həyat yoldaşı Melaniya səfərin ən çox diqqət çəkən iki üzü olub. Təbii ki, bunun da bir səbəbi var.
    Səfərdə D.Trampın məsləhətçilərindən biri olan kürəkəni Cared Kuşner ilə qızı İvanka Trampla yanaşı, digər övladları da müşayiət edir. Amma Trampın övladları arasında önə çıxan keçmiş həyat yoldaşı İvana ilə evlilikdən dünyaya gələn qızı İvankadır.
    Trampın qızı London səfəri üçün qarderobuna 16 min funt-sterlinq xərclədi

    37 yaşlı üç uşaq anası İvanka Tramp diqqətçəkən fiziki görünüşü ilə yanaşı, geyimləri ilə də medianın müzakirə mövzusudur. İngiltərə mediasında yer alan iddialara görə, İvanka Tramp ögey anası Melaniya Trampı kölgədə qoymaq üçün Londonda geyinəcəyi geyimlərə 16 min funt-sterlinq vəsait xərcləyib. Bu rəqəmə İvanka Trampın geyimlərilə yanaşı, istifadə etdiyi aksesuarlar, çanta və ayaqqabılar da daxildir.
    İvanka Tramp London qarderobunun hər bir parçasını məşhur modaçıların imzalarını daşıyan kolleksiyalar arasından seçib.
    PAYLAŞ:

    Oxşar xəbərlər