Özünü binadan atanlar “Respublika” qəzetinin baş redaktor müavininin ailə üzvləri imiş

Özünü binadan atanlar “Respublika” qəzetinin baş redaktor müavininin ailə üzvləri imiş
  • Cəmiyyət

  • Bakının Yasamal rayonunda ana və qızı intihar edib.
    Öncə ana – 55 yaşlı Rübabə Allahverdiyeva, daha sonra 29 yaşlı qızı Xədicə Allahverdi özünü yaşadıqları binanın 10-cu mərtəbəsindən atıb. Hər ikisi hadisə yerində dünyasını dəyişib.

    Asiya.az Bizimyol.info-ya istinadən xəbər verir ki, intihar edənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin ailə üzvləridir. Rübabə Allahverdiyeva həyat yoldaşı, Xədicə Allahverdi isə qızıdır.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq araşdırmaları gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər