BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib

BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib
  • Siyasət / Manşet

  • BMT Baş katibinin müavini Lui Zemin Azərbaycana səfərə gəlib.

    Asiya.az Report.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək.

    Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunacaq ilk BMT tədbiridir. 2003-cü ildən keçirilən BMT-nin Dövlət Xidmətləri Forumuna ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər