Keçmiş hərbçi özünü niyə yandırıb öldürdü? – Foto

Keçmiş hərbçi özünü niyə yandırıb öldürdü? – Foto
  • Araşdırma

  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iyunun 28-də Mingəçevir şəhərində övladı xəstə olan atanın özünü yandırması məsələsi ilə bağlı açıqlama yaydı.

    Açıqlamaya əsasən, bir neçə gün əvvəl 1990-cı il təvəllüdlü İmamverdi İsmayılov adlı şəxs xəstəxananın həyətində üstünə benzin tökərək özünü yandırıb. O iyunun 30-da xəstəxanda vəfat edib. İmamverdi İsmayılovun 3 yaşlı oğlunu iki dəfə bu xəstəxanaya müalicə almaq üçün gətirildiyi bildirilir.
    Ozunu yandiran İmamverdi İsmayılovun 94816_n

    2015-ci il təvəllüdlü uşaqda yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub.Ona ilk yardım göstərildikdən sonra evə buraxılıb.

    Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.

    Asiya.az xəbər verir ki, Bizimyol.info məsələni daha dərindən araşdırmaq üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimovla əlaqə saxlayıb. Uşağın atasının hansı səbəbdən özünü yandırması ilə maraqlandıq. Həkim sayta açıqlamasında bildirdi ki, 2017-ci ilədən Mingəçevir Mərkəzi Xəstəxanasında bütün xəstələrə İcbari Tibbi Sığorta pilot layihəsi əsasında xidmət göstərilir.Ona görə, mərhumdan hansısa bir xidmət haqqının alınması barədə söhbət gedə bilməz. Həkim azyaşlı uşağın səhhətinin hazırda normal olduğunu bildirdi. Atanın özünü niyə öldürməsi sualımızı isə belə cavablandırdı: “Gəlib xəstəxananın həyətində özünü öldürüb. Bu onun şəxsi işidir. Bəlkə hansısa psixoloji problemləri olub”.

    Məsələylə bağlı Mingəçevir şəhər polis şöbəsinə də zəng etdik. Əlaqə saxladığımız sahə inspektoru artıq təqaüdə getdiyini və məsələylə bağlı heç bir fikir bildirməyəcəyini qeyd etdi.
    Səhiyyə Nazirliyinin münasibətini öyrənmək istəsək də, mətbuat xidmətinə hər zamankı kimi əlimiz çatmadı. Gün ərzində edilən zənglərə cavab verilmədi. Niyə? Cavabı Pərviz Abubəkirovdan soruşarsınız, əgər zənginizə cavab versə.

    Qeyd edək ki, İmamverdi İsmayılov Lələtəpə döyüşlərində iştirak etmiş keçmiş hərbçiydi. Yaxınlarının dediyinə görə, o həkim laqeydliyinə etiraz əlaməti olaraq özünü yandırıb. Hər bir halda bu məsələdə qaranllıq məqamlar var və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı açıqlamanı yarımçıq hesab edirik. Əgər həkim öz peşəsini layiqincə yerinə yetiribsə, nə çün işindən uzaqlaşdırılmalıdır? Uşaq həyatını itirməyib, sağlam vəziyyətdədirsə ata nə üçün canına qıymalıdır? Araşdırmalarımız davam edir və qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq. Mərhumun ailəsi öz mövqeyini bildirmək üçün bizə müraciət edə bilər. Əgər faciənin yaşanmasına hanısa psixoloji və sosial problemlər səbəb olubsa bu da başqa bir araşdırmanın mövzususudr.
    PAYLAŞ:

    Oxşar xəbərlər