Gələn həftə ilin ikinci Ay tutulması baş verəcək

Gələn həftə ilin ikinci Ay tutulması baş verəcək İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından Qaynarinfo-ya verilən xəbərə görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək.

Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.

Oxşar xəbərlər