Bu barədə Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a məlumat verilib.
Bildirilib ki, Elvira Ağayevanın üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada 330 ədəd "metadon” adlı həblər aşkar edilib.
Fakt üzrə ilkin araşdırma zamanı E.Ağayeva həmin həblərin onunla birlikdə İrandan gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda, E.Rəsulov onun dediklərini təsdiq edib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.