Agentlikdən "Yeni Sabah”a verilən məlumata əsasən, araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hüquq mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.