Gürcüstanın Baş naziri istefa verdi (YENİLƏNİB)

Gürcüstanın Baş naziri istefa verdi (YENİLƏNİB) Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.

Asiya.az xəbər verir ki, M.Baxtadze vəzifəsini tərk etməsi barədə "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: "İstefa vermək barədə qərar qəbul etmişəm, belə ki, indiki mərhələdə missiyamı yerinə yetirdiyimi hesab edirəm”.

O bildirib ki, hakim Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da üzvü qalacaq.

Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyun ayından ölkənin Baş naziri idi.


***09.58

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün istefa verəcək.

Qaynarinfo xəbər verir ki, M.Baxtadze günorta saatlarında bəyanatla çıxış edəcək.

İsfefa qərarı hakim Gürcü Arzusu Partiyasındakı dəyişikliklə əlaqədardır. Belə ki, hazırkı DİN rəhbəri Giorgi Qaxarianın Baş nazir, partiyanın siyasi katibi İrakli Qaribaşvilinin isə DİN başçısı təyin edilməsi gözlənilir.

Oxşar xəbərlər