Azərbaycandakı bıçaqlanmanın təfərrüatları - Arvadına mesaj yazırmış

Azərbaycandakı bıçaqlanmanın təfərrüatları - Arvadına mesaj yazırmış
  • Hadisə

  • Daşkəsən rayonun Quşçu kəndində qeydə alınan bıçaqlanmanın bəzi təfərrüatları bilinib.

    1986-cı il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün Hüseynov Gəncəli Hüseyn oğlu həmkəndlisi məcburi köçkün 2000-ci il təvəllüdlü Həsənli Elton İlham oğlunu bıçaqlayıb.

    Keçirilən təxirəsalınmaz əməliyyat axtarış tədbirləri ilə G.Hüseynov saxlanılıb.

    İlkin məlumatlara görə hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, bıçaqlanan E.Həsənli hərbi xidmətdən yeni gəlib və G.Hüseynovun həyat yoldaşının telefonuna bir neçə dəfə mesag yazıb. Bunu bilən G.Hüseynov kəndəki çayxanada E.Həsənlini kənara çəkərək mübahisə edib və ona bıçaqla zərbə endirib.

    Hazırda fatkla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər