Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR

Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev “Bilik günü” münasibətilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə olub.

Yeni tədris ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə də təntənəli şəkildə qeyd olunub.Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açıb. O çıxışında deyib:

Əvvəla sizi Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan salamlayır və Bilik günü - bu sevimli bayram yeni tədris ilinin başlanması münasibətilə Sizləri təbrik edirəm, hər birinizə uzun ömür, can sağlığı və çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən müstəqil müasir Azərbaycan təhsilinin bugünkü inkişafında sizlərə yeni-yeni uğurlar, daha da yaxşı yaşamağı arzulayıram.

Ölkə başçısı çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da həyata keçirilir. Təkcə son illərdə rayonun Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, 7 modul tipli məktəbin quraşdırılması, bir çox təhsil müəssisəsinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur. bir çox təhsil müəssisəsinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur.

Respublikamızın birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin təhsil sahəsinə böyük diqqət və qayğı göstərir. Belə ki, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq Azərbaycanın müxtəlif regionlarında yüzlərlə təhsil müəssisəsi çoxlu sayda inşa olunub və yenidən qurulub.

Rayonumuzda təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!

Hörmətli müəllimlər, valideynlər, əziz şagirdlər, dəyərli tədbir iştirakçıları!

Bu gün bütün şagird və tələbələr, həmçinin onların valideynləri üçün əlamətdar bayram günüdür. Bu gün respublikamızın bütün təhsil aləmində olduğu kimi Daşkəsən rayonunda da iştirak etdiyimiz Anar Mürsəlov adına 2 nömrəli tam məktəbdə də böyük canlanma vardır. Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbi də rayonumuzun sayılıb-seçilən ümumtəhsil ocaqlarından biridir. Ötən tədris ilində məktəbin şagirdləri keçirilmiş rayon və respublika səviyyəli tədbirlərdə bir-birinin ardınca parlaq uğurlar qazanmışlar. Ən əsası isə, məktəbin məzunları builki yüksək göstəriciləri ilə bizi bir daha sevindirmişlər. Belə ki, ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş 14 nəfər məzunun 12-si tələbə adını qazıb. 9-cu sinifdən isə 12 nəfər məzunun 12-si də respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olub. Bu, həqiqətən də, ürəkaçan nailiyyətdir. Mən bu yüksək göstərici münasibəti ilə hörmətli Təhsil Naziri Ceyhun Bayramova təşəkkürümü bildirirəm və rayon Təhsil Şöbəsinin müdirini, məktəbin direktorununu və bütün müəllim kollektivini səmimi qəlbdən təbrik edir, onlara gələk fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!

Hörmətli müəllimlər, valideynlər, əziz şagirdlər, dəyərli tədbir iştirakçıları!


Bu gün burada Sizinlə “Bilik günü” bayramında iştirak etmək, sizin sevincinizə şərik olmaq mənim üçün şərəflidir, burada gözəl şagirdlərimiz görürəm.

Əminəm ki, yay tətilindən qayıdan şagirdlərimiz yeni biliklər əldə etməyə tələsirlər.

Ölkəmizin gələcəyi olan əziz şagirdlər, Siz ötən illərdə öyrəndiyini bilik və bacarıqlarınızın üzərinə bu tədris ilində də yenilərini əlavə edəcəksiniz. Bunun üçün yaxşı oxumaq, müəllimlərin dediklərinə əməl etmək, tapşırıqları müstəqil yerinə yetirmək lazımdır. Ümumiyyətlə, hər bir şagird düşünməlidir ki, onun vəzifəsi yaxşı oxumaq, ölkəmizin gələcəyi üçün bilikli, bacarıqlı, ağıllı, məsuliyyətli, ziyalı kimi böyüməkdir.

Mən çıxışımın sonunda bu gün ilk dəfə olaraq məktəbə gələn birinciləri, bu il məktəbdə son illəri olan 11-ciləri, müəllimləri, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri, bir sözlə təhsil sahəsində çalışan hər bir kəsi yeni dərs ili münasibətilə təbrik edir, Sizə böyük uğurlar, maraqlı görüşlər, müəllimlər üçün məhsuldar günlər, xoşbəxtlik, möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər arzulayıram.

Bir daha da ölkəmizdəki sabitliyə, əmin-amanlığa görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün Daşkəsən rayon ictimaiyyəti adından təşəkkürümüzü bildiririk. Bilik gününüz bir daha mübarək olsun!

Sonra məktəbin direktoru Aybəniz Vəliyeva da çıxış edərək tədbir iştirakçılarını yeni tədris ili münasibəti ilə təbrik edib, məktəbin tarixinə və bu gününə nəzər salıb. Ölkə başçısı çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevin 2019-cu il ərzində müəllimlərin əmək haqlarının kifayət qədər artırmasını yüksək qiymətləndirmiş, ölkə Başçısının təhsilə ali diqqət və qayğısının onların daha da yaxşı işləmələrində stimul olduğunu vurğulayıb. Aybəniz Vəliyeva məktəbin kollektivi adından hər zaman göstərdiyi hərtərəfli dəstəyə görə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə də təşəkkürünü bildirib.

Digər çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, ölkə Başçısının apardığı məqsədyönlü və uğurlu təhsil siyasətindən danışıblar.

“Bilik günü” daha sonra məktəb şagirdlərinin hazırladığı bədii kompozisiyalar ilə davam edib.

Elmar VÜQARLI
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR
Əhəd Abıyev “Bilik günü” münasibətilə məktəblilərlə görüşdü - FOTOLAR

Oxşar xəbərlər