İctimai Televiziyanın binasında yanğın baş verib

İctimai Televiziyanın binasında yanğın baş verib Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.
Hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.

Yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Bizimyol.info nazirliyin saytına istinadən xəbər verir ki, qurumun qaynar xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər